“Al-Monitor”: Çin ABŞ və İsraillə genişmiqyaslı münaqişəyə səbəb olmayacaq İran prezidenti axtarır
2024-06-27 11:52:53
Çin ABŞ və İsraillə genişmiqyaslı münaqişəni körükləməyən İran prezidentinin hakimiyyətə gəlməsinə çalışır. Bundan əlavə, Pekin növbəti dövlət başçısının Körfəz ölkələri ilə münasibətləri yaxşılaşdırmaq üçün prezident Rəisinin başlatdığı diplomatik səyləri davam etdirməkdə maraqlıdır. Bu barədə "Al-Monitor" xəbər verir.
İranda prezident seçkiləri iyunun 28-də keçiriləcək. Birinci turda heç bir namizəd səs çoxluğunu qazanmasa, birinci turda ən çox səs toplayan iki namizəd iyulun 5-də keçiriləcək ikinci turda mübarizə aparacaq.
Ülviyyə, Hurriyyet.az