AL: "Qarabağ" "Ayaks"a qarşı: Qurbanov bu heyətə güvənəcək - YENİLƏNİR
“Qarabağ” bu gün UEFA Avropa Liqasının Liqa mərhələsində növbəti oyuna çıxacaq.
Azərbaycan çempionu III turda “Ayaks”ı qəbul edəcək.
Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq görüş saat 20:45-də start götürəcək.
Oyunu Şotlandiyadan olan hakimlər briqadası idarə edəcək.
“Qarabağ” əvvəlki iki oyunundan xalsız ayrılıb. Qurban QUrbanovun baş məşqçisi olduğu kollektiv bundan əvvəl “Tottenhem”ə 0:3, “Malmö”yə isə 1:2 hesabıyla uduzub. “Ayaks” isə “Slaviya” ilə heç-heçə edib (1:1), “Beşiktaş”a isə qalib gəlib (4:0).
UEFA Avropa Liqası
Liqa mərhələsi, III tur
24 oktyabr
20:45. “Qarabağ” – “Ayaks”
Baş hakim: Nikolas Uolş (Şotlandiya).
Hakim-inspektor: Mehmet Murat Ilqaz (Türkiyə)
UEFA nümayəndəsi: Aldi Topçiu (Albaniya)
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu.
"Qarabağ": Koxalski, Abbas Hüseynov, Kevin Medina, Bədavi Hüseynov (k), Elvin Cəfərquliyev, Julio Romao, Marko Yankoviç, Leandro Andrade, Yassin Benzia, Zubir, Juninyo
Ehtiyat oyunçular: Məmmədzadə, Buntiç, Addai, Bəhlul Mustafazadə, Riçard Almeyda, Kaşuk, Musa Qurbanlı, Aleksey İsayev, Toral Bayramov, Patrik Andrade, Nəriman Axundzadə
Baş məşqçi: Qurban Qurbanov
\\Fanat.Az