📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Albaniya müxalifəti baş nazirin istefasını tələb edir

2023-02-11 22:49:00

Albaniya müxalifəti baş nazirin istefasını tələb edir

Albaniya müxalifəti Tiranada baş nazir Edi Ramanın istefası tələbi ilə etiraz aksiyası təşkil edib. Bu barədə şənbə günü Tanjuq agentliyi məlumat yayıb.

Qeyd olunur ki, Albaniya müxalifəti Ramanın istefası tələbi ilə Tiranada hökumət binası qarşısında etiraz aksiyası keçirib. Minlərlə insan küçələrə çıxıb, müxalifət liderləri baş naziri ABŞ-ın keçmiş FTB zabiti Çarlz Makqoniqal ilə əlaqədə olmaqda ittiham ediblər.

Etiraz insidentlə başa çatıb: izdiham hökumət binasına tüstü bombaları və molotov kokteyli atıb, bundan sonra onlar Albaniya parlamentinin binasına keçiblər.

Aksiyanı 1000 polis müşayiət edib. Polis hadisələrlə bağlı araşdırmalara başlayıb. İğtişaşlarda hələ ki, xəsarət alanlar barədə məlumat verilmir. \\Ölkə.az