Albaniya Türkiyədən silah alıb
2023-01-09 12:58:00
Hurriyyet.az xəbər verir ki, Albaniyanın Müdafiə naziri Niko Peleşi ölkənin öz hərbi imkanlarını gücləndirmək üçün Türkiyədən 3 ədəd “Bayraktar TB2” dronunu aldığını bəyan edib. Bu barədə məlumatı “Euractiv.com” saytı yayıb.
Pilotsuz uçuş aparatlarının hərbi funksiyaları ilə yanaşı, onlardan meşə yanğınları, daşqınlar və narkotik qaçaqmalçılığı ilə mübarizə zamanı istifadə edilməsi nəzərdə tutulur.
Hürr Tərcüman