Albaniyada milli matəm elan edildi – “Türkiyənin yanındayıq”
2023-02-11 10:30:00
Hurriyyet.az TRT Haber kanalına istinadla xəbər verir ki, Türkiyədə baş verən dəhşətli zəlzələdən sonra Albaniya dövləti 13 fevral bazar ertəsi gününü ölkə ərazisində milli matəm elan edib.
Albaniyanın Baş naziri Edi Rama sosial şəbəkədəki hesabında bu xəbəri paylaşıb: “Albaniya hökuməti Türkiyə-Suriya sərhədində baş verən böyük zəlzələnin qurbanlarının xatirəsində 13 fevral bazar ertəsi gününün milli matəm elan edilməsini qərara alıb. Bir müddət əvvəl bənzər fəlakət Albaniyada baş verdiyi zaman yanımızda olan dostumuz Türkiyə ilə həmrəyliyimizi bildiririk”.
Baş nazir bazar ertəsi günü bayraqların yarıya qədər endiriləcəyini də xəbər verib.
Hürr Tərcüman