📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Aldığı hərbi texnika ilə separatçılara zərbə endirmək Ukraynanın haqqıdır" - ELXAN ŞAHİNOĞLU

2021-10-28 10:58:00

"Ermənistan Rusiyadan havayı aldığı hərbi texnikayla Azərbaycan torpaqlarını işğal edəndə, rus tankları ilə Xocalı soyqırımını törədəndə, İkinci Qarabağ savaşı zamanı Gəncə, Bərdə və Tərtər rus raketləriylə atəş altında qalaraq mülki insanlarımız həlak olanda Moskva niyə susurdu?"

"Rusiyanın hakimiyyət nümayəndələri haray-həşir salıblar. Deməli, Ukrayna Türkiyədən aldığı “Bayrakdar” pilotsuz aparatı vasitəsilə Donbasdakı separatçıların irəriləyən topçu mövqeyinə zərbə endirib. Ukrayna bəs nə etməlidir, separatçıların yerdəyişmələrinə seyrçi qalmalıdır və ya aldığı hərbi texnikanı anbarlarda çürütməlidir?" Hurriyyet.az xəbər verir ki, bu fikirlər "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğluna məxsusdur.

Politoloq bildirib ki, indi rusiyalı rəsmilər "Ankara niyə Kiyevə müasir dronlar satıb?" deyərək Türkiyəni hədəf görüməyə çalışırlar: "Bəs Ermənistan Rusiyadan havayı aldığı hərbi texnikayla Azərbaycan torpaqlarını işğal edəndə, rus tankları ilə Xocalı soyqırımını törədəndə, İkinci Qarabağ savaşı zamanı Gəncə, Bərdə və Tərtər rus raketləriylə atəş altında qalaraq mülki insanlarımız həlak olanda Moskva niyə susurdu? Onlar susurlarsa biz susmamalıyıq. Suriyada da ilk qırğınlar Rusiya silahlarıyla həyata keçirilib".

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri onu da qeyd edib ki, aldığı hərbi texnika ilə separatçılara zərbə endirmək Ukraynanın haqqıdır və bu haqqı onun əlindən heç kim ala bilməz.

Vazeh BƏHRAMOĞLU