📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Aleksandr Lukaşenkodan TƏHDİD: postsovet ölkələri “öz suverenliklərini qorumaq istəyirlərsə” Belarus və Rusiya İttifaq Dövlətinə yaxınlaşmalıdırlar...

2022-07-01 15:00:00

Aleksandr Lukaşenkodan TƏHDİD: postsovet ölkələri “öz suverenliklərini qorumaq istəyirlərsə” Belarus və Rusiya İttifaq Dövlətinə yaxınlaşmalıdırlar...

Rusiya Prezidenti Vladimir Putin Rusiya və Belarus regionlarının forumunda təhdid xarakterli açıqlama edib. 
Vladimir Putin, "Kollektiv Qərb" adlanan birliyin görünməmiş siyasi və sanksiya təzyiqi bizi birləşmə proseslərini sürətləndirməyə sövq edir. Axı birlikdə qeyri-qanuni sanksiyalardan zərəri minimuma endirmək daha asandır, tələb olunan məhsulların istehsalını mənimsəmək, məhsullar hazırlamaqla yeni vərdişlər, səriştələr inkişaf etdirmək və dost ölkələrlə əməkdaşlığı genişləndirmək daha rahatdır”, deyə ilk xəbərdarlıq tipli açıqlamasını edib.
Belarus prezidenti Aleksandr Lukaşenko isə necə deyərlər "quşu gözündən vurub. O bildirib ki, postsovet ölkələri suverenliyini qorumaq istəyirlərsə, Belarus və Rusiya İttifaq Dövlətinə yaxınlaşmalıdırlar. Lukaşenko bu haqda Minsk və Moskva vilayətlərinin forumunun iştirakçılarına müraciəti zamanı bildirib.
"Bu gün postsovet məkanı ölkələri, əlbəttə ki, öz suverenliklərini və müstəqilliklərini qorumaq istəyirlərsə, İttifaq dövləti ilə yaxınlaşmada səmimi şəkildə maraqlı olmalıdırlar. Biz əminik ki, qlobal çağırışlarla ancaq birlikdə üzləşə bilərik. Buna hələ də şübhəsi olanlar başa düşməlidirlər ki, təcili birlik və bir-birinə sarılmadan, dövlətlərarası əlaqələr və sadəcə normal insan münasibətləri olmadan biz sabah mövcud olmaya bilərik”.
P.S. Əslində isə Lukaşenkonun bu "birlik və bir-birinə sarılmaq" çağırışı təhdidə eyham kimi səslənir: deyirlər ki, yəni eyni şey Ukraynanın başına gələn kimi yaxınlaşmaq istəməyənlərin də başına gələ bilər.
Xatırladaq ki, dünən Lukaşenka Rusiyanı nüvə silahından istifadə etməyə “hazır olmağa” çağırmışdı.
Bundan əlavə, bir qədər əvvəl Belarus prezidenti əmin olduğunu bildirmişdi ki, 15 ildən sonra Ukrayna Rusiya Federasiyası və Belarusun İttifaq Dövlətinə qoşulacaq.
Eyni zamanda o, Minsk və Moskvanın ölkələrin varlığına təhlükə yaradan Qərb sanksiyalarına və ya İttifaq dövlətinin sərhədləri yaxınlığında orduların yerləşdirilməsinə ciddi cavab verəcəklərini bildirib.
Bu arada bildirək ki, Ukraynada müharibə 128-ci gündür davam edir.

Ülviyyə, Hurriyyet.az