📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Aleksandr Novak: Türkiyədə qaz qovşağının yaradılması qərarı 2023-cü ilə qaldı

2022-12-23 13:30:00

Aleksandr Novak: Türkiyədə qaz qovşağının yaradılması qərarı 2023-cü ilə qaldı

Rusiyanın Avropa bazarını itirdikdən sonra Türkiyədə qaz qovşağının yaradılması ilə bağlı qərar 2023-cü ildə veriləcək. Bu barədə neft-qaz sahəsini kurasiya edən baş nazir müavini Aleksandr Novak "Rossiya-24" telekanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, Rusiya qazına tələbat olacaq və Rusiya Federasiyası qaz həcmlərini başqa bazarlara yönləndirə biləcək.
Novak bildirib ki, “Qazprom” Rusiyadan olmayan tədarükçülərin də iştirak etməsi üçün qovşaq yaratmaqdan ötrü Ankara ilə fəal işləyir.
Novakın sözlərinə görə, “Şimal axını”nda təxribatla bağlı nəticə çıxarmaq hələ tezdir, çünki istintaq tamamlanmayıb.
Novak bildirib ki, Rusiya yaxın 3-4 ildə LNG istehsalını 60 milyon tona çatdırmağı planlaşdırır.  

Ülviyyə, Hurriyyet.az