Aleksey Danilov: “Səmanı bağlamırsınızsa, heç olmasa silah verin”
Ukraynanın Milli təhlükəsizlik və müdafiə şurasının katibi Aleksey Danilov Qərb ölkələrinə kömək çağırışı edib.
Musavat.com Ukrayna mediaısna istinadən xəbər verir ki, o, bu çağırışını “Facebook”dakı profilindən həyata keçirib.
A.Danilov NATO və onun tərəfdaşlarından döyüş aviasiyası və hava hücumundan müdafiə sistemlərini tələb etdiklərini bildirib.
“Məhz bu anlarda bizim təcili və praktiki yardıma ciddi ehtiyacımız var. Ukraynanın zəfəri və Qərbun uduzmaması da hərbi aviasiya və HHM vasitələrinin verilməsindən keçir. Rusiyanın bizim uşaq və qadınları qətl etməsinin qarşısının alınması da sizdən asılıdır. Əgər Ukrayna üzərində səmanı qapada bilmirsinizsə heç olmasa çexollarda saxlanılan silahlarınızdan bizə göndərin”, - deyə o, qeyd edib.
Musavat.com