Alen Simonyan: İrəvanın Bakıya qarşı ərazi iddiası yoxdur
2023-05-05 15:24:00
Ermənistan parlamentinin spikeri Alen Simonyan Türkiyədə keçirdiyi mətbuat konfransında bildirib ki, İrəvanın Bakıya qarşı ərazi iddiası yoxdur.
“Ermənistanın Azərbaycana qarşı heç bir ərazi iddiası yoxdur. Üstəlik, İrəvan Bakı ilə sülh müqaviləsi imzalamaqda maraqlıdır və hazırdır. Biz regionun ticarət baxımından açılmasında, Ermənistanın qanunvericiliyi və suverenliyi nəzərə alınmaqla Azərbaycandan Naxçıvana, eləcə də Türkiyəyə vətəndaşların və malların sərbəst hərəkətində problem görmürük”, deyə Simonyan mövqeyini açıqlayıb.
Ülviyyə, Hurriyyet.az