📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ali Məhkəmə Rəşad Şükürovla bağlı qərar verdi

2024-03-14 23:30:55

Ali Məhkəmə Rəşad Şükürovla bağlı qərar verdi

Ali Məhkəmədə Göyçay Rayon İcra Hakimiyyətinin sabiq şəhər icra nümayəndəsi Rəşad Şükürovun bəraət alması ilə bağlı qərardan dövlət ittihamçısı tərəfindən verilən kassasiya protesti üzrə məhkəmə iclası başa çatıb.

Hurriyyet.Az bildirir ki, Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Rəşad Abdulovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, kassasiya protesti təmin edilməyib.

Qeyd: Rəşad Şükürov və rayon icra hakimiyyətinin sabiq başçısı Mehdi Səlimzadənin köməkçisi Vahid İsayev Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs edilmişdilər.

Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxslər yalnız rüşvətə təhrik etməkdə təqsirli bilinib. Hökmə əsasən Vahid İsayevə 4 il həbs cəzası, Rəşad Şükürova 3 il sınaq müddəti seçilməklə şərti cəza verilmişdi. Şəki Apellyasiya Məhkəməsinin qərarı ilə onlar bəraət alıb.