📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ali Məhkəmənin hakimi nazir müavini təyin edildi

2024-06-05 10:15:40

Ali Məhkəmənin hakimi nazir müavini təyin edildi

Ədliyyə naziri Fərid Əhmədova yeni müavin təyin edilib.

Hurriyyet.az xəbər verir ki, "qafqazinfo”nun əldə etdiyi məlumata görə, bu barədə müvafiq sərəncam imzalanıb.

Yeni nazir müavini Ali Məhkəmənin hakimi Abiddin Hüseynov olub. Təyinatla bağlı Məhkəmə-Hüquq Şurası onun hakimlik fəaliyyətinə xitam verilməsi barədə qərar qəbul edib. 

O, ötən il Azərbaycan Prezidentinin Sərəncamı ilə "Tərəqqi” medalı ilə təltif edilib.