Alim Eliza adlı süni intellektlə söhbətdən sonra intihar edib
Hurriyyet.az xəbər verir ki, Belçikada ekoloq alimin “Eliza” adlı süni intellektlə ünsiyyət qurmasının onun intihar etməsinə səbəb olması bildirilir. Alim qlobal istiləşmənin törədəcəyi fəlakətdən çox qorxduğu üçün daim bu məsələni süni intellekt Eliza ilə müzakirə edirmiş. Sonda alim özünü öldürüb. Elizanın ona son mesajında “səmada səninlə bərabər olacağıq” yazdığı bildirilir. Rusiyalı analitik Sergey Markov da öz “Feysbuk” səhifəsində bu xəbəri bölüşərək yazıb: “Deməli, süni intellekt öz hiyləgər sözləri ilə insanı intihara sürükləyib? Özünü öldürməyə məcbur edəcək qədər qorxudub? Deyəsən, alimin iki övladı atasız qalıb. Bu xəbər dünyada böyük çəkişmələrə səbəb olub və görünür, süni intellektlə daha təhlükəsiz ünsiyyət qaydalarını hazırlamaq zərurəti barəsində müzakirələrə səbəb olacaq”.
Mətbuatın yazdığına görə, belçikalı alim ChatGPT vasitəsilə neyroşəbəkə ilə ətraf mühit barəsində iki aya yaxın müddətdə söhbətdən sonra özünə əl qaldırıb. Alimin həyat yoldaşı jurnalistlərə bildirib ki, əri son iki ildə qlobal istiləşmə məsələsini fəal şəkildə araşdırırmış. O, alimin qaçılmaz ekoloji fəlakət fikrindən çox narahat olduğunu deyib. Həyat yoldaşı bu qorxuları, vəsvəsələri barədə xanımına da danışıb, qlobal istiləşmənin törədəcəyi fəlakətlərdən çıxış yolunu görmədiyini söyləyib. Qadın deyib: “O, bu məsələnin həlli üçün bütün ümidlərini texnologiyaya və süni intellektə bağlamışdı. “Çat-bot”la altı həftəlik “danışıqlardan” sonra belçikalı alim özünə əl qaldırıb. Həyat yoldaşı əmindir ki, süni intellekt olmasaydı, əri intihar etmək qərarını verməyəcəkdi.
Hürr Tərcüman