📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Aliment borcunu verməyən 1278 şəxs həbs olunub

2026-08-11 19:39:20

Aliment borcunu verməyən 1278 şəxs həbs olunub

2026-cı ilin ilk 6 ayı ərzində aliment öhdəliyini yerinə yetirmədiyinə görə 2740 şəxs barəsində inzibati xəta haqqında protokol tərtib olunub, onlardan 1278 şəxs inzibati qaydada həbs edilib.
Hurriyyet.Media  bildirir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq Ədliyyə Naziriliyindən məlumat verilib.
Bildirilib ki, eyni dövrdə 116 şəxs barəsində cinayət məsuliyyətinə cəlb etmə barədə təqdimat verilib, 77 şəxs barəsində cinayət işi başlanıb.
Həmin dövrdə aliment borcu ilə əlaqədar 1500 şəxs barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimat tərtib olunub, onlardan 1246 şəxsin ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılıb.