📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Alimlərdən "Omikron"la bağlı ŞAD XƏBƏR

2021-12-24 11:17:00

Alimlərdən

Koronavirusun "omikron" ştamı ilə yoluxma halında "delta"dan fərqli olaraq ev şəraitində müalicə mümkündür.

Hurriyyet.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə Britaniya mediası hökumətin ilk belə araşdırmasına istinadən xəbər verir.

Məlumatlara görə, yoluxmuş "omikron"un xəstəxanaya getmə riski "delta" ilə müqayisədə 50-70% azdır.

Sağlamlıq Təhlükəsizliyi Agentliyinin direktoru Cenni Harris deyib ki, yeni ştamla yoluxanların adi qaydada müalicəsi onun az təhlükəli olmasını şərtləndirir.

Xatırladaq ki, indiyədək dünyanın 100-ə yaxın dövlətində koronavirus infeksiyasının “omikron” ştamı aşkarlanıb. O cümlədən Azərbaycana qonşu olan Türkiyə, Gürcüstan, İran və Rusiyada da yeni ştama yoluxma halları qeydə alınıb.