Alla Puqaçova İsraili tərk etdi – MƏŞHUR MÜĞƏNNİ ÖVLADLARI İLƏ BİRGƏ BU ÖLKƏYƏ GETDİ…
2023-10-23 12:54:54
Rusiyalı müğənni Alla Puqaçova uşaqları ilə birlikdə İsraili tərk edib.
Hurriyyet.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı yazıb.
Mənbənin sözlərinə görə, Puqaçova övladları Liza və Harri ilə birlikdə İsraili tərk edib. Ölkədəki təlatümlü vəziyyətə görə, o, uşaqları ilə birlikdə Kipr pasportlarından istifadə etmək qərarına gəlib. Sənətçi 2017-ci ildə orada villa aldıqdan sonra Kipr vətəndaşlığını alıb.
Xatırladaq ki, Puqaçova Rusiya-Ukrayna müharibəsi başlayandan az sonra Prezident Putinin siyasətinə qarşı çıxaraq, ailəsi ilə birlikdə İsrailə köçüb.
Ülviyyə ŞÜKÜROVA
Hurriyyet.az