📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Alla Puqaçovanın brendləri bir-bir əlindən çıxır

2026-10-26 11:38:19

Alla Puqaçovanın brendləri bir-bir əlindən çıxır

Rusiyalı müğənni Alla Puqaçova 1997-ci ildən sahib olduğu “Kristina” əmtəə nişanına dair hüquqlarını itirib.

Hurriyyet.net  xəbər verir ki, bu barədə Rusiyanın “Mash” teleqram kanalı məlumat yayıb.

Məlumata görə, “Kristina” adı altında şirniyyat, dərman preparatları, zinət əşyaları və çap məhsulları istehsal etmək mümkün idi.

Müğənni 2020-ci ildə bu brend uğrunda məhkəmə çəkişməsinə başlayıb. Belə ki, Novı Urenqoy şəhərindən olan şirniyyat ustası Kristina Martirosyan öz adı ilə müəllif tortları satmaq istəyib və bu məqsədlə Puqaçovaya qarşı məhkəməyə müraciət edib. Təxminən yarım il davam edən mübarizənin sonunda müğənni məhkəməni uduzub və Martirosyanın öz adına “Kristina” əmtəə nişanını qeydiyyatdan keçirməsinə icazə verilib.

Bildirilib ki, xaricə köçdükdən sonra Alla Puqaçova bəzi əmtəə nişanlarının qeydiyyat müddətini uzatmaqdan imtina edib. Hər bir əmtəə nişanının qeydiyyat müddətinin uzadılması təxminən 20 min rubla başa gəlir.

Qeyd edək ki, müğənni daha əvvəl də “Baronessa fon Orbah” brendinə dair hüquqlarını itirib. Bununla belə, o, “Alla” əmtəə nişanını qoruyub saxlaya bilib.