📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Allaha inanmıram" deyən türkiyəli aktyor tənqid olundu

2025-01-04 20:08:36

Türkiyəli məşhur aktyor Nejat İşlərin yutub kanallarından birinə verdiyi müsahibə müzakirələrə səbəb olub.

Aktyorun müsahibə zamanı sərxoş olması və söyüşlə danışması tənqid edilib.

O din haqqında danışarkən belə deyib:

“Onlar dindar deyillər. Dindar mənəm. Bu arada Allaha da inanmıram. Məsələn, Allah sənsən. Mən Allah inanıram. Deyib ki, ikimizin arasında sir qalsın. Sənə bunu Allah deyir. Mən olsam, paylaşmaram.

Nejat İşlərin sözlərini əks etdirən treyler sosial şəbəkələrdə yayılsa da, bəzi çıxışlar verilişdən çıxarılıb.

Bir çox sosial şəbəkə istifadəçisi bildirib ki, aktyorun bu videosunu paylaşmaq lazım deyildi. \\Ölkə.Az