📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Allahın qırx andı

2022-02-17 21:23:00

Allahın qırx andı

1-"Vətturi": "And olsun Tur dağına." ( "Tur" surəsi, 1-ci ayə.)

2-"Və kitabin məstur": "And olsun yazılmış kitaba (Qurana)." ("Tur" surəsi, 2-ci ayə.)

3-"Vəssəmai vət-tariq": "And olsun göyə və gecə gələnə." ("Tariq" surəsi, 1-ci ayə.)

4-"Vəssəmai zatil-büruc": "And olsun bürclər sahibi olan göyə." ("Büruc" surəsi, 1-ci ayə.)

5-Vəl-yovmil-məvud": "And olsun vəd olunmuş günə." ("Büruc" surəsi, 2-ci ayə.)

6-Vəlləyli və ma vəsəq": "And olsun gecəyə və gecənin qoynuna aldıqlarına." ("İnşiqaq" surəsi, 17-ci ayə.)

7-Vəl-qəməri izət-təsəq": "And olsun bədirlənməkdə olan aya." ("İnşiqaq" surəsi, 18-ci ayə.)

8-Fəla uqsimu bil-xunnəs": "And içirəm gecə yanıb, gündüz sönən ulduzlara." ("Təkvir" surəsi, 15-ci ayə.)

9-"Vəlləyli iza əsəs": "And olsun qaralmaqda olan gecəyə." ("Təkvir" surəsi, 17-ci ayə.)

10-"Vəvs-subhi iza tənəffəs": "And olsun sökülməkdə olan dan yerinə." ("Təkvir" surəsi, 18-ci ayə.)

11-"Vən-naziati ğərqa": "And olsun (kafirlərin canını) çətinliklə alanlara (əzab mələklərinə)." ("Naziat" surəsi, 1-ci ayə.)

12-"Vən-naşitati nəşta": "And olsun (möminlərin canını) rahatlıqla alanlara." ("Naziat" surəsi, 2-ci ayə.)

13-"Vəs-sabihati səbha": "And olsun (Allahın əmrlərini) sürətlə yerinə yetirənlərə." ("Naziat" surəsi, 3-cü ayə.)

14-"Fəs-sabiqati səbqa": "And olsun (bir-birini) ötən mələklərə." ("Naziat" surəsi, 4-cü ayə.)

15-"Fəl-muddəbirati əmra": "And olsun işə əncam çəkənlərə (Allahın əmri ilə dünyanın işlərini idarə edən mələklərə)." ("Naziat" surəsi, 5-ci ayə.)

16-Vəl-mursəlati urfa": "And olsun bir-birinin ardınca göndərilən elçilərə." ("Mürsəlat" surəsi, 1-ci ayə.)

17-"La uqsimu biyovmil-qiyaməh": "And içirəm qiyamət gününə." ("Qiyamət" surəsi, 1-ci ayə.)

18-"Və la uqsimu bin-nəfsil-ləvvaməh": "And içirəm özünü qınayan nəfsə." ("Qiyamət" surəsi, 2-ci ayə.)

19-"Nun vəl-qələmi və ma yəsturun": "Nun! And olsun qələmə və (mələklərin) yazdıqlarına." ("Qələm" surəsi, 1-ci ayə.)

20-"Vən-nəcmi iza həva": "Batmaqda olan ulduza (Sürəyya ulduzuna) and olsun." ("Nəcm" surəsi, 1-ci ayə.)

 

21-"Vəl-bəytil-məmur": "And olsun (mələklərin ibadət etdiyi) Beytül-məmura." ("Tur" surəsi, 4-cü ayə.)

22-"Vəz-zariyati zərva": "And olsun (toz-torpağı) sovurub dağıdan küləklərə." ("Zariyat" surəsi, 1-ci ayə.)

23-"Fəl-hamilati viqra": "And olsun yağış yüklü buludlara." ("Zariyat" surəsi, 2-ci ayə.)

24-"Vəl-adiyati zəbha": "And olsun (cihad zamanı) tövşüyə-tövşüyə) qacan atlara." ("Adiyat" surəsi, 1-ci ayə.)

25-"Vəttini vəz-zəytun": "And olsun əncirə və zeytuna." ("Tin" surəsi, 1-ci ayə.)

26-"Və turi sinin": "And olsun Tur dağına." ("Tin" surəsi, 2-ci ayə.)

27-"Və hazəl-bələdil-əmin": "And olsun bu təhlükəsiz, əmin-amanlıq şəhərə (Məkkəyə)." ("Tin" surəsi, 3-ci ayə.)

28-"Vəzzuha": "And olsun günorta vaxtı aydınlıq günə." ("Zuha" surəsi, 1-ci ayə.)

29-"Vəlləyli iza səca": "And olsun sakitləşməkdə olan gecəyə." ("Zuha" surəsi, 2-ci ayə.)

30-"Vəlləyli iza yəğşa": "And olsun (aləmi zülmətə) bürüməkdə olan gecəyə." ("Ləyl" surəsi, 1-ci ayə.)

31-"Vəşşəmsi və zuhaha": "And olsun günəşə və onun işığına." ("Şəms" surəsi, 1-ci ayə.)

32-"Vəl-qəməri iza təlaha": "And olsun günəşin ardınca çıxan aya." ("Şəms" surəsi, 2-ci ayə.)

33-"Vəssəmai və ma bənaha": "And olsun göyə və onu yaradana." ("Şəms" surəsi, 5-ci ayə.)

34-"Vəl-ərzi və ma təhaha": "And olsun yerə və onu döşəyənə." ("Şəms" surəsi, 6-ci ayə.)

35-"Və nəfsin və ma səvvaha": "And olsun nəfsə və onu yaradana." ("Şəms" surəsi, 7-ci ayə.)

36-"La uqsimu bihazəl-bələd": "And içirəm bu şəhərə (Məkkəyə)." ("Bələd" surəsi, 1-ci ayə.)

37-"Və validin və ma vələd": "And içirəm ataya və onun övladına." ("Bələd" surəsi, 3-ci ayə.)

38-"Vəl-fəcr": "And olsun dan yerinə." ("Fəcr" surəsi, 1-ci ayə.)

39-"Və ləyalin əşr": "And olsun on gecəyə (Zil-həccə ayının birinci on gecəsinə)." ("Fəcr" surəsi, 2-ci ayə.)

40-"Vəlləyli iza yəsr": "And olsun keçib getməkdə olan gecəyə." ("Fəcr" surəsi, 4-ci ayə.)

 

Milli.Az