"Allahın yer üzündəki elçisi" Azərbaycanda TUTULDU: "Bəlayi-müsibətə düçar olacaqsınız..."
2022-01-25 15:17:00
Xəbər verdiyimiz kimi, Kürdəmirdə fala baxmaq adı ilə insanları aldadaraq pullarını və qızıllarını mənimsəyən Aygün Abdullayeva polislər tərəfindən saxlanıb.
Kürdəmirdə saxlanan falçının polisə verdiyi ifadə məlum olub.
Hurriyyet.az Lent.az-a istinadən xəbər verir ki, özünü falçı kimi təqdim edən, dilənçiliklə məşğul olan Aygün Abdullayeva özünün "Bəxt açan", "Xoşbəxt edən" olduğunu deyib.
O, həmçinin "İlahi vergili, Allahın yer üzündə elçisi" olduğunu da dilə gətirib. Saxlanılarkən polisə deyib ki; "məni tutmayın, məni tutsanız siz bəlayi-müsibətə düçar olacaqsınız...".