Allahşükür Paşazadə: “Azərbaycan dövləti erməni vətəndaşları üçün bütün şəraiti yaradacaq”
2022-06-13 10:05:00
“Azərbaycan multikultural dövlətdir. Ölkədə bütün dinlərin nümayəndələri azaddırlar, hər bir şərait yaradılıb”.
Hurriyyet.az-ın xəbərinə görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə REAL TV-yə müsahibəsində deyib.
A.Paşazadə qeyd edib ki, bu şərait erməni əsilli vətəndaşlar üçün də var: “Bakıda yaşayan ermənilər mövcud qanunlardan istifadə edirlər. Kilsələr təmir olunur, mədəniyyətləri, kitabları qorunur. Ermənilər xarici təsirlərə uymamalıdırlar. Bilsinlər ki, gec-tez Azərbaycan xalqı ilə birlikdə yaşayacaqlar. Azərbaycan onlar üçün bütün şəraiti yaradacaq. Şuşada məscid tikilirsə, kilsə də təmir olunur. Çağırış edirəm, ermənilər revanşist addımlardan əl çəksinlər”.