📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Allahşükür Paşazadənin müşaviri dünyasını dəyişdi

2022-01-24 12:10:00

Allahşükür Paşazadənin müşaviri dünyasını dəyişdi

 

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadənin müşaviri Xanlar Səlimxanov vəfat edib.

Hurriyyet.az “Report”a istinadən xəbər verir ki, o, ötən gün uzunsürən xəstəlikdən dünyasını dəyişib.

Mərhum Abşeron rayonunun Fatmayi kəndində yerləşən qəbiristanlıqda dəfn olunub.

Qeyd edək ki, X.Səlimxanov uzun illər dövlət orqanlarında çalışıb.