📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Alman jurnalist Ukraynada atəşə məruz qaldı

2023-07-22 21:47:00

Alman jurnalist Ukraynada atəşə məruz qaldı

Rusiyanın Ukraynanın Donbas bölgəsinə endirdiyi zərbə nəticəsində alman jurnalist yaralanıb.

İyulun 22-də yerli vaxtla saat 12:10-da Rusiya artilleriyasının açdığı atəş zamanı cəbhədən 20 km məsafədə olan "Deutsche Welle" media şirkətinin operatoru Yevgeni Şilko qəlpə yaraları alıb.

Ümumilikdə zərbələr zamanı bir ukraynalı əsgər həlak olub, digərləri isə ağır yaralanıb.

Müxbir Mattias Belinger və təhlükəsizlik işçisi Rusiyanın hücumunda xəsarət almayıb. Belinger yerli mətbuata müsahibəsində deyib ki, Rusiyanın hücumunun hədəfi çox güman ki, Ukrayna poliqonu olub.

"Biz Ukrayna ordusunun atəş açmasını lentə alırdıq ki, qəfildən bir neçə partlayış səsi eşitdik. Yerə uzandıq, növbəti partlayışlar oldu, gördük ki, yaralılar var. Sonradan Ukrayna ordusu bizim kasetli sursatlarla vurulduğumuzu təsdiqlədi", - müxbir söyləyib. \\Redaktor.Az