📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Alman jurnalistlər İsrail hərbçilərinin qəddarlığından şikayətləndi - Təhdid olunublar

2023-11-06 10:48:05

Alman jurnalistlər İsrail hərbçilərinin qəddarlığından şikayətləndi - Təhdid olunublar

​​​​ARD telekanalının alman jurnalistləri İordan çayının qərb sahilində İsrail hərbçiləri tərəfindən saxlanılıblar. Bundan sonra onlar təhdidlər ediliblər.

Hurriyyet.az xəbər verir ki, bu barədə “Tagesschau” nəşri məlumat yayıb.

Qeyd olunur ki, komanda radikal yəhudi məskunlaşmaçıların fələstinlilərə qarşı zorakılığını öyrənib. Təl-Əvivdəki ARD studiyası hadisəni mətbuat azadlığına hücum kimi qiymətləndirib.

“Əsgərlər bizi silahla hədələyib, yəhudi olub-olmadığımızı soruşdular. Həmkarımızı satqın adlandırıblar”, - deyə telekanalın müxbiri Yan-Kristof Kitzler bildirib.

Jurnalist vurğulayıb ki, mətbuatın Qəzza zolağındakı müharibənin kölgəsində İordan çayının qərb sahilində baş verən hadisələri işıqlandırmasının qarşısı alınır və bu, İsrail ordusunun adından baş verir.

Yalnız əlavə İsrail hərbçiləri və polis qüvvələrinin gəlişindən sonra vəziyyət normallaşıb . Təl-Əvivdəki ARD studiyası hadisənin hüquqi nəticələrini qiymətləndirmək üçün vəkil tutacağına söz verib.

Bundan əvvəl Almaniya kansleri Olaf Şolts yəhudiləri birgə müdafiə etmək üçün alman sakinlərini vətəndaş cəsarəti göstərməyə çağırıb.