Alman kəşfiyyatı Rusiyanın təyyarə qəzası təşkil etmək cəhdindən şübhələnir
Almaniyanın daxili təhlükəsizlik xidmətinin rəhbəri Tomas Haldenvanq bildirib ki, rus casusları təxribatda şübhəli bilinir, ancaq xoşbəxtlikdən mülki təyyarənin vurulması baş tutmayıb.
Haldenvanq Bundestaqdakı dinləmələrdə deyib ki, hadisə bu il baş verib. Leypsiqdəki DHL logistika mərkəzində təyyarənin yük anbarında daşınması nəzərdə tutulan bağlama yanıb. Haldenvanq bildirib ki, əgər bu uçuş zamanı baş versəydi, "fəlakətə səbəb olardı". Bunun kimin üçün nəzərdə tutulduğu bəlli deyil. Almaniyanın “DPA” xəbər agentliyi təhlükəsizlik xidmətlərinin hadisənin Rusiyanın hərəkətləri ilə əlaqəli olduğu ehtimalının araşdırıldığını bildirib.
Haldenvanq və Xarici Kəşfiyyat Direktoru Bruno Kahl xəbərdarlıq edib ki, Moskvanın hərəkətləri "insanların həyatını riskə atır". Haldenvanq deyib: "Rusiya kəşfiyyat xidmətlərinin aqressiv davranışlarını izləyirik".
Ülviyyə, Hurriyyet.az