Alman nazir Ərdoğanla Putinin şəklini şərh etdi - "Aydın deyil"
2022-07-25 10:30:00
Almaniya xarici işlər naziri Annalena Berbok Tehranda İran, Rusiya və Türkiyə prezidentinin boksçu rinqindəki kimi əl-ələ fotosunu şərh edib.
Hurriyyet.az xəbər verir ki, nazir Erdoğanın NATO üzvü olan ölkənin başçısı kimi rus və İran kolleqaları ilə birgə şəkildə belə poza verməsinin anlaşılmaz olduğunu bildirib.
"Bu fotoda Türkiyə prezidentinin olması bir növ işarə və ya çağırışdır. Əgər dostcasına belə ifadə etmək düzgündürsə, bunu deyim ki, bu şəkil özü aydın deyil.
Türkiyə NATO-ya daxildir və Ukraynaya hərbi dəstəkdə iştirak edir".
Qeyd edək ki, məhz bu görüşdə Putin və Ərdoğan Ukrayna limanlarından buğdanın daşınması barədə razılığa gəlmişdi.