📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Alman siyasətçidən AÇIQLAMA: Rusiyanın təbii resurslarını ələ keçirmək ideyası Qərbə yüz illərdir ki, hakimdir...

2022-10-11 12:21:00

Alman siyasətçidən AÇIQLAMA: Rusiyanın təbii resurslarını ələ keçirmək ideyası Qərbə yüz illərdir ki, hakimdir...

Bu gün Ukraynada baş verən münaqişə anqlo-saksonlarla Rusiya arasında çoxəsrlik qarşıdurmanın növbəti mərhələsidir. Bunu "RİA Novosti"yə müsahibəsində Almaniya parlamentinin keçmiş deputatı, sağçı “Almaniya üçün Alternativ” partiyasının üzvü Valdemar Gerdt deyib.
Onun fikrincə, Rusiyanı zəiflətmək və parçalamaq ideyası kifayət qədər uzun müddətdir ki, Qərbə məxsusdur. Çünki onlar hesab edirlər ki, nəhəng enerji ehtiyatlarına və təbii sərvətlərə malik belə nəhəng ərazi yalnız bir xalqa məxsus olmamalıdır.
Keçmiş parlamentari onu da əlavə edib ki, Vaşinqton və Londonun Rusiyanın enerji resurslarına nəzarəti ələ keçirmək istəyinə son qoyulmasa, anqlosaksların planları reallaşa bilər.
"Burada şəxsi heç bir şey yoxdur, bu sadəcə biznes və Rusiyanın indi sahib olduğu hər şeyə sahib olmaq istəyidir", deyə Gerdt yekunlaşdırıb.

Ülviyyə, Hurriyyet.az