📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Almanı düzgün yemirsiniz – Alimlərin tövsiyəsi

2022-02-04 00:11:00

Almanı düzgün yemirsiniz – Alimlərin tövsiyəsi

Avstriyanın Qrats Texnologiya Universitetinin alimləri müəyyən ediblər ki, insanların əksəriyyəti almanı düzgün yemir.

Almalarda olan xeyli sayda faydalı bakteriya insan orqanizminə, xüsusən də mədə-bağırsaq sisteminə müsbət təsir edir.

Alimlərin apardığı araşdırma zamanı məlum olub ki, almanın hər bir qramında təqribən 500 min müxtəlif bakteriya var. Onlar belə qənaətə gəliblər ki, faydalı mikroorqanizmlərin - probiotiklərin 90 faizi almanın özəyində yerləşir.

Buna görə də almanın faydasını görmək üçün meyvəni adətən dişlənmiş hissəsi - özəyi ilə birlikdə yemək lazımdır. \\Oxu.az