Almaniya Avropa İttifaqını tərk edə bilər
2024-01-23 12:58:00
Hurriyyet.az xəbər verir ki, "Almaniya üçün alternativ" partiyası hakimiyyətə gələcəyi təqdirdə, Almaniya Avropa İttifaqını tərk edə bilər.
Bu barədə açıqlamanı ulrtasağ partiyanın həmsədri Alisa Vaydel "Faynenşl Tayms" ("The Financial Times") nəşrinə müsahibəsində verib. Siyasətçi bəyan edib ki, Almaniyada da İngiltərədəki "Breksit" prosesinə bənzər prosesin işə düşməsi üçün referendum keçirilməsində israr etməyə başlayacaq.
Vaydel "demokratiya qıtlığını aradan qaldırmaq üçün" ilk növbədə Avropa İttifaqında islahat aparılmasına çalışacağını, lakin buna nail olmayacağı halda Böyük Britaniyada olduğu kimi, alman xalqına üzvlük barəsində qərar vermək imkanı yaradacaqlarını vəd edib.
Hürr Tərcüman