📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Almaniya Daxili İşlər Nazirliyi Hamburqdakı Şiə dini Mərkəzinin fəaliyyətinə qadağa qoyub

2024-07-24 10:32:40

Almaniya Daxili İşlər Nazirliyi Hamburqdakı Şiə dini Mərkəzinin fəaliyyətinə qadağa qoyub

İyulun 24-də Almaniya Daxili İşlər Nazirliyi Hamburqdakı İslam Mərkəzinin fəaliyyətinə qadağa qoyulduğunu elan edib. İdarənin rəhbəri Fezerin sözlərinə görə, qadağaya səbəb Almaniyadakı islamçı ekstremist ideologiya mərkəzinin təbliğatı olub. “Hamburq İslam Mərkəzi və ona bağlı təşkilatlar da Hizbullah terrorçularını dəstəkləyir və aqressiv antisemitizm yayır”, deyə o əlavə edib.

Bildirilir ki, qadağaya əməl olunmasını təmin etmək və mərkəzə aidiyyəti olan qurumları müəyyən etmək məqsədilə səhər saatlarında ölkə üzrə 55 obyektdə axtarış aparılıb.

Hamburq İslam Mərkəzi və ya İmam Əli məscidi Almaniyada 1950-ci illərin sonlarında İranlı mühacirlər və sahibkarlar tikilmiş ən qədim İran şiə məscidlərindən biridir. Mərkəz 1970-ci illərdə Qərbdə iranlı tələbələr arasında İranın sonuncu şahı Rza Pəhləviyə qarşı təbliğatda mühüm rol oynayıb.

Ülviyyə, Hurriyyet.az