📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Almaniya əhalisi mühacirlərin hesabına artır – Ukraynadakı müharibə ölkədəki demoqrafik problemi həll edib

2023-06-20 18:51:00

Almaniya əhalisi mühacirlərin hesabına artır – Ukraynadakı müharibə ölkədəki demoqrafik problemi həll edib

Hurriyyet.az “İnterfaks” agentliyinə istinadla xəbər verir ki, Almaniyada 2022-ci ilin sonlarında 84,4 milyon nəfər əhalinin yaşadığı qeydə alınıb. Ölkənin Federal Statistika İdarəsinin məlumatına görə, bu, rekord rəqəm sayılır. Ötən il ərzində ölkə əhalisinin sayı 1,122 milyon nəfər (1,3%) artıb. Müqayisə üçün bildirilir ki, 2021-ci ildə əhalinin sayı 82 min nəfər (0,1%) artıb.

Əhalisinin sayının artmasının əsas səbəbi mühacir axınıdır. Ötən il xalis immiqrasiya (ölkəyə gələnlərlə ölkədən gedənlər arasında fərq) 1,455 milyon nəfər, 2021-ci ildə isə 329 min nəfər olub. İlk növbədə Ukraynadan qaçqın axınının bu vəziyyətə böyük təsiri olub. Ötən illərdə olduğu kimi, 2022-ci ildə də AFR-da ölüm sayı doğum sayından artıq olub. Ölüm sayı doğum sayından 2022-ci ildə 327 min nəfər, 2021-ci ildə isə 228 min nəfər artıq olub. Almaniya əhalisinin əsas hissəsini getdikcə daha çox yaşlı adamlar təşkil edir. Buna görə də, artıq 20 ilə yaxındır ki, ölümlərin sayı üstünlük təşkil edir.

Hürr Tərcüman