📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Almaniya gizli məlumatı yaydı: Zelenski səfəri ləğv edir

2023-05-04 09:07:00

Almaniya gizli məlumatı yaydı: Zelenski səfəri ləğv edir

Ukrayna Prezidenti Vladimir Zelenskinin Almaniyaya mayın 13-də baş tutmalı olan səfəri ləğv oluna bilər.

Hurriyyet.az xəbər verir ki, bu barədə “t-online” Ukrayna hökumətinə yaxın mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, buna səbəb səfərlə bağlı məlumatların mediaya sızması olub.

Nəşrin həmsöhbətləri vurğulayıblar ki, Ukrayna tərəfi təhlükəsizlik məsələləri ilə bağlı çox həssas məlumatların sızmasından çox məyusdur.

Hətta məlumatların Almaniyadakı mənbələr tərəfindən qəsdən dərc olunduğu iddia olunub.