Almaniya ilə Fransa arasındakı gizli problem nədir? – Dünya mətbuatı yazır
Hurriyyet.az xəbər verir ki, “Politico” qəzeti Fransa və Almaniya liderləri Emmanuel Makron ilə Olaf Şolz arasında enerji məsələləri ilə bağlı protokol münaqişəsi olduğunu yazır.
Almaniya kanslerinin mətbuat xidmətinin məlumatına görə, oktyabrın 25-də iki siyasətçinin birgə mətbuat konfransı keçirilməli idi, lakin Fransa prezidentinin mətbuat xidməti Makron ilə Şolzun birgə bəyanatının planlaşdırılmadığını bildirib. Qəzet yazır ki, işgüzar səfərə gəlmiş siyasətçi ilə mətbuat konfransı keçirməkdən imtina çox vaxt fikir ayrılığı və ya “narazılığını göstərmək” niyyətindən xəbər verir.
Son zamanlar Fransa ilə Almaniya liderləri enerji böhranından çıxış yolları haqqında mübahisə edirlər. Rəsmi Berlin Əlcəzair, Nigeriya, Qətər, ABŞ və digər ölkələrdən Avropaya qaz tədarük etmək üçün Fransanın cənub-qərbindən keçəcək MidCat boru kəmərinin tikintisini dəstəkləyir. Parisdə isə bu layihə sərfəli hesab olunmur, çünki Fransa atom stansiyalarından istifadə edərək özünü elektrik enerjisi ilə təmin edir və bərpa olunan enerji mənbələrinə keçir.
Hürr Tərcüman