Almaniya kansleri İran Prezidenti ilə telefonla danışıb
2024-08-12 20:05:02
Hurriyyet.az xəbər verir ki, Almaniya kansleri Olaf Şolts İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian ilə telefonla danışıb. Şolts Yaxın Şərqdə münaqişələrin daha da alovlanmasından narahatlığını bildirib, İran Prezidentini bunun qarşısını almaq üçün mümkün olan hər şeyi etməyə çağırıb. Bu barədə AFR hökumətinin mətbuat katibi Volfqanq Byuxner məlumat verib. Açıqlamada deyilir: "Yaxın Şərqdə zorakılıq spiralı indi qırılmalıdır: yoxsa regionun ölkələri və xalqları üçün ağlagəlməz təhlükələr yarana bilər".
Kansler İsrail ilə Qəzza bölgəsi arasında atəşkəs əldə olunmasının, girovların azad edilməsinin mühüm olduğunu qeyd edib.
Hürr Tərcüman