📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Almaniya Kansleri İranı danışıqlara çağırıb

2026-02-05 20:20:25

Almaniya Kansleri İranı danışıqlara çağırıb

Almaniya Kansleri Fridrix Merts İran rəhbərliyini ABŞ nümayəndələri ilə planlaşdırılan məsləhətləşmələr ərəfəsində real danışıqlara başlamağa çağırıb.

"Report" "Al Arabia"ya istinadən xəbər verir ki, Merts bu barədə Dohada üçgünlük səfəri zamanı jurnalistlərə bildirib.

O qeyd edib ki, İran nüvə proqramını dayandırmalı və İsrailə, eləcə də regionun digər ölkələrinə qarşı hərbi təhdidlərdən çəkinməlidir. Kansler danışıqların yaxın saatlarda aktivləşəcəyini vurğulayıb və Almaniyanın ABŞ ilə fəaliyyətini sıx şəkildə koordinasiya etdiyini qeyd edib.

Qeyd edək ki, ABŞ və İran fevralın 6-da Omanda İranın nüvə proqramı ilə bağlı danışıqlar aparmağı planlaşdırır.