📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Almaniya kansleri: "Söz verirəm ki, rəqs etməyəcəyəm"

2024-04-08 15:52:38

Almaniya kansleri:

Hurriyyet.az xəbər verir ki, Almaniya kansleri Olaf Şolts TikTok sosial şəbəkəsində özünə hesab açıb. Bu barədə məlumat Almaniya Federal Hökumətinin Mətbuat və İnformasiya İdarəsinin rəsmi saytında yerləşdirilib.
Xəbərdə deyilir: "Federal Hökumətin Mətbuat Xidməti yeni kanalın köməyi ilə vətəndaşların məlumatlandırılması sahəsini genişləndirir. Vətəndaşlar getdikcə daha çox TikTok şəbəkəsində siyasi informasiyalar paylaşır və xəbərləri buradan alırlar".
Hesabda AFR hökumətinin və baş nazirin fəaliyyəti barəsindən informasiya veriləcək.
Almaniya kansleri TikTok şəbəkəsində hesab açılması xəbərinə şərh verərkən, videoçarxlarda rəqs etməyəcəyini bəyan edib.
Şolts öz X hesabında yazıb: "Mən rəqs etmirəm. Söz verirəm".
Hürr Tərcüman