📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Almaniya kanslerliyinə namizəd Rusiyaya ultimatum vermək niyyətindədir

2024-11-12 14:15:22

Almaniya kanslerliyinə namizəd Rusiyaya ultimatum vermək niyyətindədir

Xristian Demokrat İttifaqından (XDİ) Almaniya kansleri vəzifəsinə namizəd Fridrix Merz “Stern”ə müsahibəsində bildirib ki, seçkidə qalib gəlsə, Rusiya prezidenti Vladimir Putinlə münaqişənin həlli ilə bağlı telefon danışığına hazırdır.

Hurriyyet.az xəbər verir ki, o, Rusiyanı Ukraynada apardığı müharibəni 24 saat ərzində dayandırmağa çağıracaq. Siyasətçi deyib ki, əks halda Almaniyanın Ukraynanı uzaqmənzilli “Taurus” raketləri ilə təmin edəcəyini və Kiyevə silahlarının Rusiya ərazisindəki hədəflərə qarşı tətbiqinə qoyulan məhdudiyyətləri aradan qaldıracağını bildirib.

"Bizim xəttimiz belə olmalıdır: Almaniya Ukraynanın özünü uğurla müdafiə edə bilməsi üçün mümkün olan hər şeyi etməlidir", - Merz deyib.

Musavat.com