Almaniya keçmiş ADR-dən qalmış raketləri Ukraynaya verəcək
2022-03-03 12:04:00
Hurriyyet.az xəbər verir ki, Almaniyanın İqtisadiyyat Nazirliyi Ukraynaya 2700 ədəd “Strela” zenit raketləri verməyi qərara alıb. Bu barədə məlumatı AFR-in İqtisadiyyat Nazirliyinə istinad edən “Bild” nəşri verib. Nəşrin yazdığına görə, “Strela” raketləri Almaniya Demokratik Respublikasının (1949-1990-cı illərdə mövcud olub) Silahlı Qüvvələrinin keçmiş cəbbaxanasından qalmış mirasdır.
Bundan başqa, martın 2-də Almaniya Ukraynaya 500 ədəd “Stinger” rakei ilə 1000 ədəd “Panzerfaust” tankəleyhinə qumbaraatanlar göndərib.
Əvvəllər Almaniya dəfələrlə Kiyevə silah verməkdən imtina etmişdi.
Hürr Tərcüman