Almaniya Litvadakı hərbi gücünü artıracaq
2022-06-08 23:05:00
Hurriyyet.az xəbər verir ki, Almaniya NATO-nun şərq cinahının güclənməsi üçün Litvaya daha 500 nəfər hərbçi göndərəcək. Bu barədə xəbəri məlumatlı mənbələrə istinad edən “Blumberq” (“Bloomberg”) nəşri yayıb.
Bununla da Litvadakı alman hərbçilərin sayı 1500 nəfərə çatacaq.
AFR kansleri Olaf Şolts iyunun 7-də Litvada səfəri zamanı NATO-nun “şərq cinahı”nda Almaniya missiyasını gücləndirməyi planlaşdırdıqlarını bəyan eləmişdi.
Ukraynadakı vəziyyətlə əlaqədar Litva, Latviya və Estoniya dövlətləri NATO ittifaqında oradakı qüvvəsini artırmağı tələb eləmişdilər.
Hürr Tərcüman