Almaniya müxalifət partiyası liderindən Rusiyaya dəstək mesajı: "Krımın Rusiyaya birləşdirilməsi faktdır"
2022-02-11 14:47:00
Müxalif “Almaniya üçün Alternativ” partiyasının lideri Tino Xrupalla Krımın Rusiyaya birləşdirilməsini fakt adlandırıb. O, bu barədə "ZDF" telekanalının efirində bildirib.
“Bu bizim müəyyən həddə öyrəşməli olduğumuz faktdır, çünki Rusiya təbii ki, Krımdan imtina etməyəcək”, deyə siyasətçi bildirib. O həmçinin xatırladıb ki, Krım yarımadasında səsvermə keçirilib və onun sakinləri Rusiyaya birləşməyi seçiblər. Eyni zamanda, Krupalla bu vəziyyəti “ilhaq” adlandırıb.
Bundan əvvəl Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin keçmiş rəisi Vasili Burba açıqlamışdı ki, görünür Rusiya illərdir Krım yarımadasının, Donetsk və Luqansk vilayətlərinin “ələ keçirilməsinə” diqqətlə hazırlaşıb.
Ülviyyə, Hurriyyet.az