Almaniya öz vətəndaşlarını təcili Livandan çıxarmağı planlaşdırır
2024-08-06 13:00:42
Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, İran ilə İsrail arasına müharibə təhlükəsi fonunda Almaniya Livandakı və digər Yaxın Şərq ölkələrindəki vətəndaşlarını Kipr ərazisinə evakuasiya etməyə hazırlaşır.
Kiprin CyBC televiziya kanalının məlumatına görə, Yaxın Şərqdəki potensial münaqişə bölgəsində 2 min nəfərə yaxın Almaniya vətəndaşı yaşayır. Zərurət yarandığı təqdirdə, həmin vətəndaşlar həm hava, həm də dəniz yolu ilə Kipr adasına evakuasiya ediləcəklər.
Həmçinin İsveçin Livandakı səfirliyinin əməkdaşlarının da müvəqqəti olaraq Kiprə yerləşdirilməsi planlaşdırılır.
Hürr Tərcüman