📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Almaniya Prezidenti Azərbaycana GƏLDİ

2025-04-01 23:40:07

Almaniya Prezidenti Azərbaycana GƏLDİ

Amaniya Prezidenti Frank-Valter Ştaynmayer aprelin 1-də Azərbaycana rəsmi səfərə gəlib.

Hurriyyet.Az xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Almaniya Prezidentini hava limanında Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər qarşılayıblar.

Qeyd edək ki, bu, Almaniya liderinin Azərbaycana ilk rəsmi səfəridir.