📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Almaniya Prezidenti: “Daha qaçqın qəbul edə bilmərik”

2023-09-20 12:29:33

Almaniya Prezidenti: “Daha qaçqın qəbul edə bilmərik”

“İmkanlarımız tükənib”

Hurriyyet.az xəbər verir ki, Almaniya Prezidenti Frank-Valter Ştaynmayer Almaniyanın qaçqın qəbulu üzrə imkanlarının tükəndiyini bəyan edib. Bu barədə məlumatı “Corriere della Sera” nəşri verib.

Cənab Ştaynmayer İtaliyanın Lampeduza adasındakı miqrasiya böhranına şərh verərkən deyib: “Suriya, Əfqanıstan və digər Şərq dövlətlərindən miqrant axını ilə bağlı fövqəladə vəziyyət yaşayırıq. Üstəlik, hazırda Ukraynadan da 1 milyondan artıq qaçqınımız var. Ona görə də, Almaniya da, İtaliya kimi mühacir qəbulu ilə bağlı imkanlarının son həddinə çatıb”.

Almaniya Prezidenti əlavə edib ki, təkcə cari ilin ilk altı ayı ərzində ölkəyə 162 min nəfər sığınacaq istəyi ilə müraciət edib. Bu, Avropa İttifaqı dövlətlərinə edilmiş bütün müraciətlərin üçdə birini təşkil edir.

Hürr Tərcüman