📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Almaniya Prezidenti faşistlərin əməllərinə görə polyaklardan üzr istəyib

2024-08-01 14:42:08

Almaniya Prezidenti faşistlərin əməllərinə görə polyaklardan üzr istəyib

Hurriyyet.az xəbər verir ki, AFR Prezidenti Frank-Valter Ştaynmayer  Varşava qiyamının (avqustun 1-də) 80 illiyinin tamam olması münasibəti ilə çıxışı zamanı II Dünya müharibəsi dövründə nasist-sosialistlərin törətdikləri cinayətlərə görə polyaklardan üzr istəyib.
İyulun 31-də, Polşanın paytaxtı Varşava şəhərinin mərkəzi meydanında Polşa Prezidenti Ancey Dudanın və yüzlərlə dinləyicinin iştirakı ilə keçirilən xatirə tədbiri zamanı Almaniya Prezidenti qiyamın sağ qalmış iştirakçılarına müraciətlə deyib: "Mən məhz bu gün və məhz burada sizdən üzr istəyirəm".
Faşizmin qanlı keçmişindən danışan Prezident Ştaynmayer bu gün polyaklarla almanların yaxşı qonşulara çevrilməsini "demək olar, möcüzə" adlandırıb, sülhün və həmrəyliyin əhəmiyyətini qeyd edib.
Hürr Tərcüman