📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Almaniya Prezidenti qatarla Kiyevə gedib

2022-10-25 10:28:00

Almaniya Prezidenti qatarla Kiyevə gedib

Hurriyyet.az “Ukrainskaya Pravda” nəşrinə istinadla xəbər verir ki, Almaniya Prezidenti Frank-Valter Ştaynmayer Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşmək üçün Kiyevə gedib.

Dövlət başçılarının görüşü bu gün axşam keçirilməlidir. Ştaynmayer Kiyevə çərşənbə axşamı günü səhər saatlarında qatarla gedib.

Almaniya Prezidenti Zelenski ilə ötən həftənin cümə axşamı günü görüşmək istəsə də, təhlükəsizlik baxımından görüşün təxirə salınması tövsiyə edilib.

Hürr Tərcüman