📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Almaniya prezidentindən PUTİNƏ: "Ukraynanın boynundakı ilgəyi boşalt"

2022-02-14 11:43:00

Almaniya prezidentindən PUTİNƏ:

İkinci müddətə Almaniyanın prezidenti seçilən Frank-Valter Ştaynmayer Rusiya dövlətinin başçısı Vladimir Putinə səslənib və Ukrayna ilə bağlı münaqişənin sülh yolu ilə həllinə başlamağa çağırıb.


Hurriyyet.az Bizim.Media-ya istinadən xəbər verir ki, siyasətçi belə bir bəyanatla Federal Məclisdə yenidən prezident seçildikdən sonra çıxış edib.


“Mən prezident Putinə müraciət edirəm. Ukraynanın boynundakı ilgəyi boşaldın, bizimlə Avropada sülhü qoruyacaq yol axtarın”, - Ştaynmayer vurğulayıb.

Almaniya prezidenti təhlükənin ciddiliyi barədə xəbərdarlıq edib: “Biz Şərqi Avropada müharibə, hərbi münaqişə təhlükəsi ilə üz-üzəyik”.