📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Almaniya Qətərlə LNG sıxılmış qaz tədarükü ilə bağlı razılığa gələ bilmir

2022-05-10 12:16:00

Almaniya Qətərlə LNG sıxılmış qaz tədarükü ilə bağlı razılığa gələ bilmir

Almaniya Qətərin ən azı 20 illik uzunmüddətli müqavilələr imzalamaq şərtləri ilə razılaşmaq istəmir. Berlinin açıqlamasına görə, belə uzun tarixli müqavilələr Almaniyanın karbonsuzlaşdırma məqsədlərinə təhlükə yarada bilər.
Qiymət məsələsi ilə də problem var. Almaniya qaz qiymətindən, Qətər isə neftdən yapışmaq istəyir. Bundan əlavə, Qətər yeni müqavilədə elə bir bənd salmaq istəyir ki, bunun əsasında Berlinə qazı Avropanın digər yerlərinə yönləndirməyə imkan verməsin. Danışıqların may ayında davam edəcəyi gözlənilir.

Ülviyyə, Hurriyyet.az