📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Almaniya “Şimal axını – 2” xəttinin sertifikasiyası prosesini dayandırdı

2022-02-22 16:10:00

Almaniya “Şimal axını – 2” xəttinin sertifikasiyası prosesini dayandırdı

Hurriyyet.az “RİA Novosti” informasiya agentliyinə istinadla xəbər verir ki, Almaniyanın İqtisadiyyat Nazirliyi “Şimal axını – 2” qaz boru xəttinin sertifikasiyası prosesini dayandırıb. Bu addım federal kansler Olaf Şoltsun tapşırığı ilə atılıb. Onun sözlərinə görə, vəziyyəti yenidən qiymətləndirmək tələb olunur. Şolts deyib: “Bu, texniki səslənir, lakin qaz boru kəmərinin sertifikasiyasının məhz indi baş tutmaması üçün görülən zəruri administrativ tədbirdir. Sertifikasiya olmadan “Şimal axını – 2” xətti istismara verilə bilməz”.

Hürr Tərcüman