📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Almaniya "Şimal axını 2"nin sertifikasiyasını durdurdu

2021-11-16 15:42:00

Almaniya

Almaniya Federal Şəbəkə Agentliyi Rusiyanın “Şimal axını 2” qaz kəmərinin operatoru kimi “Nord Stream 2 AG” şirkətinin sertifikatlaşdırma prosesini müvəqqəti dayandırıb. Agentlik bildirib ki, "Nord Stream 2 AG" yalnız Almaniya qanunlarına uyğun olaraq yenidən təşkil olunarsa, sertifikatlaşdırıla bilər. Bu xəbərin fonunda Avropada qazın qiyməti artmağa başlayıb, “Qazprom”un səhmləri ucuzlaşmağa başlayıb. Agentliyin press-relizində deyilir ki, “Nord Stream 2 AG” şirkətinin baş qərargahı Tsuq şəhərində (İsveçrə) yerləşir. Buna görə də boru kəmərinin Almaniya ərazisində yerləşən hissəsini idarə etmək üçün operator Almaniyada ayrıca törəmə müəssisə yaratmaq qərarına gəlib.  

Ülviyyə, Hurriyyet.az