Almaniya "Şimal axını 2"nin sertifikatlaşdırılmasını dayandırdı
2022-02-22 14:15:00
Almaniya kansleri Olaf Şolz bildirib ki, Rusiyanın Donetsk və Luqansk Xalq Respublikalarının müstəqilliyini tanıması fonunda ölkənin İqtisadiyyat Nazirliyi “Şimal axını 2” qaz kəmərinin sertifikatlaşdırılmasının dayandırılması barədə sərəncam alıb. Bu barədə "RİA Novosti" xəbər verir.
Onun sözlərinə görə, Moskvanın hərəkətlərinə reaksiya vahid olacaq. Günün əvvəlində Almaniya nizamlayıcı bütün lazımi sənədlərin ötürülməsini gözləyərək "Şimal axını 2"-nin sertifikatlaşdırma prosesinin dayandırıldığını elan etdi.
Ülviyyə, Hurriyyet.az